Gürcüstanda dövlət universitetlərində təhsil
PULSUZ OLACAQ

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

Baş nazir qeyd edib ki, yeni maliyyələşdirmə modeli çərçivəsində tələbələrin təhsilə marağını və motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər nəzərdə tutulub.

 

"Pulsuz ali təhsillə bağlı çox aydın açıqlama verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb", – deyə İ.Kobaxidze bildirib.

 

Onun sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən kəsilərsə, bu, onun tədris prosesində kifayət qədər iştirak etmədiyini göstərir: "Belə halda, üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsinin həcmi azaldılacaq. Bunun yeganə məqsədi tələbələrin təhsilə marağını və motivasiyasını artırmaqdır".

 

Siyasətçi əlavə edib ki, ölkədə iqtisadi artım tempinin yüksək səviyyədə qalmasının əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Belə ki, cari ilin ilk altı ayı üzrə iqtisadi göstəricilər Beynəlxalq Valyuta Fondunun (BVF) ilkin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.

 

"Ötən ay iqtisadi artım 8,6 %, ilin ilk altı ayında isə orta hesabla 7,9 % təşkil edib. Bu göstəricilər BVF və digər beynəlxalq maliyyə institutlarının əvvəlcədən açıqladığı proqnozlardan xeyli yüksəkdir. İqtisadi sistemimiz dayanıqlılıq nümayiş etdirir. İqtisadi artımın davamlı olmasında korrupsiyaya qarşı mübarizə mühüm rol oynayır. İqtisadi artım tempini qoruyub saxlamağımızın əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Bilirsiniz ki, yuxarı eşelonlarda korrupsiya tamamilə aradan qaldırılıb və bu, iqtisadi artımın qorunmasına, hətta daha da sürətlənməsinə birbaşa töhfə verir", – deyə Baş nazir bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.