
Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana qarşı müharibəyə qoşulmayacaqlarını bəyan ediblər.
"Əl-Cəzirə" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, Omanda davam edən müzakirələrin Hörmüz boğazından keçən və nə şimal, nə də cənub marşrutu olan bir tranzit marşrutunu əhatə etdiyini bildirib.
“Hörmüz boğazının açılması Omanda apardığımız danışıqlardan ayrı bir məsələdir, çünki boğazın bağlanması ABŞ-ın öz öhdəliklərini pozmasına görə baş verib”, — deyə Bəqai qeyd edib.
Bəqai həmçinin əlavə edib ki, son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan zənglər daxil olub və onlar İrana qarşı müharibənin tərkib hissəsi olmayacaqlarını bəyan ediblər.