Türk dostlarımızın təşəbbüsü ilə humanitar məsələləri müzakirə etdik. Mülki vətəndaşların zərər görməməsi üçün hansı tədbirləri görə biləcəyimizdən danışdıq.
Senzor.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Antalyadakı danışıqların nəticələrini şərh edərkən deyib.
"Mülki insanlardan qalxan kimi istifadə olunur. Biz Rusiya tərəfinin humanitar dəhliz açmaq təklifini təkrarladıq. Marşrutları vəziyyətə nəzarət edənlər müəyyən edir. Biz ən təhlükəsiz marşrutları seçirik", - deyə o bildirib.
S.Lavrov onu da vurğulayıb ki, Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmır: “Ukraynaya da hücum etməyib”.
O əlavə edib ki, ukraynalı həmkarı ilə həmçinin Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü məsələsini müzakirə edib.