İspaniyaya miqrant axını... - SƏBƏB NƏDİR?
VİDEO

Son günlər Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrasiyanın kəskin artmasının səbəbləri açıqlanıb. 

 

“Hespress” nəşri xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi hazırda dünyanın gündəmində olan bu məsələ ilə bağlı bəyanat yayıb. 

 

Bildirilib ki, miqrant axını bir neçə səbəbdən baş verib.

 

Krallığın hakimiyyət orqanları hesab edir ki, əsas amillər sosial şəbəkələrdə yalan məlumatların yayılması və insan alveri ilə məşğul olan qruplaşmaların fəaliyyəti olub. Daha bir səbəb isə İspaniyada məhkəmə qərarlarının yanlış təfsir edilməsidir.

 

Mərakeş DİN-in məlumatına görə, məhkəmə qərarlarının yanlış şərhi miqrantlarda Avropaya çatmağın asanlaşdığı təəssüratı yaradıb. Bu, həmçinin insanlarda sərhədin qanunsuz keçilməsinin minimal hüquqi nəticələrə səbəb olacağı barədə yanlış fikir yaradıb. 

 

Nazirlik təxminən 40 min nəfərin Seuta ərazisinə, təxminən 1 135 nəfərin isə Melilya ərazisinə keçməyə cəhd etdiyini açıqlayıb. Melilya anklavına daxil olmağa nail olmuş bütün şəxslərin geri qayıtdığı bildirilir. 

 

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən minlərlə miqrant üzərək və ya piyada İspaniyaya məxsus Seuta və Melilya anklavlarına keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib. İspaniya ərazisinə keçməyə çalışarkən 90 nəfərin həlak olduğu bildirilir. Daha 1 149 miqranta isə tibbi yardım göstərilib. Avqustun 1-nə olan məlumata görə, miqrantlardan təxminən 69 min 500 nəfəri Mərakeş ərazisinə geri dönüb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.