İranda "Mossad"la əməkdaşlıqda ittiham olunan DAHA İKİ NƏFƏR EDAM EDİLDİ

İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda və İsraillə son münaqişə zamanı məxfi məlumatları ötürməkdə ittiham olunan iki nəfər edam edilib.

 

"Ynet" bildirir ki, bu barədə "Fars" informasiya agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, edam edilən Omid Behzad və Puriya Safut İranın hərbi qulluqçuları, polis əməkdaşları və təhlükəsizlik obyektləri barədə koordinatları, fotoşəkilləri və məlumatları İsrailin "Mossad" kəşfiyyat xidmətinə ötürməkdə təqsirli biliniblər.

 

Məhkəmə prosesi başa çatdıqdan sonra ölüm hökmləri icra edilib.

 

Qeyd olunub ki, onlar İsrail kəşfiyyatının yerüstü agentləri kimi fəaliyyət göstəriblər və irimiqyaslı kəşfiyyat əməliyyatının bir hissəsi olan tapşırıqları yerinə yetiriblər.

 

Xüsusən də, istintaq iddia edir ki, O.Behzad obyektlərin yerləşdiyi yeri müəyyən edib və onların koordinatlarını "Mossad"la əlaqəli kanallar vasitəsilə ötürüb. P.Safut isə hərbi və təhlükəsizlik obyektləri haqqında məlumatları xarici peyk teleşəbəkəsi vasitəsilə ötürüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.