Ukraynadakı rusiyalı hərbi əsirlər
ARALARINDA QARABAĞDA OLMUŞ “SÜLHMƏRAMLILAR” DA VAR
"Ukraynada hazırda Rusiya ordusunun müddətli hərbçilərindən 250-300 nəfər əsir var".
 
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
 
O, ötən gün həmin şəxslərin iştirakı ilə mətbuat konfransı keçirdiklərini xatırladıb: “Həmin müddətli əsgərlər, o cümlədən əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda dırnaqarası sülhməramlı vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışdılar. Suriyadan, Donbasdan çox danışdılar, Ukraynada da Suriyadakı üsuldan istifadə etdiklərini, yəni şəhərləri mühasirəyə aldıqlarını, ordu ilə bacarmayıb eynilə indi Mariupolda etdikləri kimi acığı əhalidən çıxdıqlarını dedilər”.
 
Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı müddətli hərbçinin döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.