
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin xarici təzyiqlərə boyun əyməyəcəyini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
Qalibaf paylaşımında mümkün hücumlar və danışıqlarla bağlı səsləndirilən açıqlamaları "təkrar olunan teatr diplomatiyası" adlandırıb.
"Təhdidlərdən, yerinə yetirilməyən vədlərdən və saxta xəbərlərdən təzyiq vasitəsi kimi istifadə uğursuz strategiyadır. Reallığı qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha teatr lazım deyil", – deyə o vurğulayıb.
İran parlamentinin sədri onu da xüsusi vurğulayıb ki, ölkəsi təzyiq siyasəti qarşısında geri çəkilməyəcək.