
Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla kağız üzərindəki anlaşmanın onlara təhlükəsizlik gətirməyəcəyini bilməlidir.
“Teleqraf” xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai deyib.
İranlı deputat Ər-Riyadın xarici siyasətini tənqid edərək vurğulayıb: "İllərlə amerikalılara birtərəfli qaydada tabe olmağın onlara təhlükəsizlik gətirmədiyi kimi, bu anlaşma da gətirməyəcək. Başqalarından təhlükəsizlik dilənməmək üçün siyasətinizi düzəldin".