Almaniyada etirazçılar küçələrə çıxdılar: MERTS HÖKUMƏTİNİN İSTEFASI TƏLƏB OLUNUR
VİDEO

Almaniyanın Saksoniya əyalətinin Plauen şəhərində Kansler Fridrix Mertsin hökumətinin istefası tələbi ilə nümayiş başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Projekt M1llion” etiraz hərəkatı ölkə üzrə tərəfdarlarını səfərbər edərək, aksiyada təxminən 10 min nəfərin iştirak etdiyini açıqlayıb.

 

Etirazçılar federal hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini, elektrik və qaz tariflərinin aşağı salınmasını, televiziya-radio yayım sistemində islahatların aparılmasını, cinayət törətmiş və qanunsuz miqrant olan bütün məhkumların dərhal ölkədən çıxarılmasını tələb edirlər.

 

Bir sıra təşkilatlar buna cavab olaraq demokratiya və tolerantlığı dəstəkləyən aksiyalar keçirməyə başlayıblar.

 

Şəhərin ober-burqomistri (Almaniya, Avstriya və bəzi digər almandilli ölkələrdə böyük şəhərlərin merinə (bələdiyyə sədrinə) verilən rəsmi vəzifə adıdır - red.) Şteffen Zenner bundan əvvəl dinc etirazlara və təxribatlara yol verilməməsinə çağırıb.

 

Polis hələlik aksiyalarda iştirak edənlərin sayı ilə bağlı rəsmi məlumat açıqlamayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.