
İran hazırda ABŞ ilə heç bir danışıqlar aparmır və Hörmüz boğazının açılması müəyyən şərtlərdən asılıdır.
"Press TV" bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, vasitəçilər danışıqlar yollarını yenidən tapmaq üçün səylərini davam etdirirlər. Lakin ABŞ razılaşma memorandumunun pozulması hallarını aradan qaldırmayana və vurduğu ziyanı kompensasiya etməyənədək danışıqların bərpası mümkün deyil.
XİN rəhbəri, həmçinin Hörmüz boğazında yeni dəniz marşrutunun müəyyən edilməsi ilə bağlı Omanla danışıqların son mərhələdə olduğunu diqqətə çatdırıb. Mütəxəssislər köhnə marşrutların yeniləri ilə əvəzlənməsi üzərində işləyirlər.
"Lakin bu, Hörmüz boğazının açılması demək deyil. Razılaşma əldə oluna bilər, lakin boğazın açılması bir sıras şərtlərdən asılıdır", - deyə A.Əraqçi vurğulayıb.