Rusiyanın Suriyadakı hərbi bazaları DƏMƏŞQİN NƏZARƏTİNƏ KEÇƏCƏK
FOTO/VİDEO

Rəsmi Dəməşq və Moskva arasında Suriya ərazisindəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Bir il yarımlıq danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcək taleyi nəhayət müəyyənləşib - tərəflər müvafiq memorandum imzalayıblar", - deyə məlumatda qeyd olunub. 

Suriyanın aidiyyəti qurumu sözügedən sənədin "Rusiya ilə Suriya arasında münasibətlərdə yeni səhifə açacağına" ümid etdiyini bildirib.

 

Nazirlik dəqiqləşdirib ki, Rusiya hərbi bazaları hər iki tərəfin maraqlarına xidmət edəcək hərbçilərin birgə hazırlıq mərkəzlərinə çevriləcək.

 

Suriya tərəfi həmçinin bildirib ki, bütün mülki obyektlər, o cümlədən Xmeymim aerodromu tədricən ərəb respublikasının mülki administrasiyasının nəzarətinə keçməlidir: "Memoranduma əsasən, bütün dəyişikliklər üç aydan çox çəkməməlidir".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.