Kamerun Prezidenti iki aydır ölkəyə qayıtmır

Kamerun Prezidenti, 93 yaşlı Pol Biya təxminən iki aydır ölkədən kənardadır.

 

Bu barədə “Reuters” məlumat yayıb.

 

1982-ci ildən Kameruna rəhbərlik edən Biya iyunun 7-də qısamüddətli şəxsi səfər məqsədilə Avropaya yollanıb və o vaxtdan ölkəsinə qayıtmayıb.

 

Bununla belə, “Reuters”in üç prezident fərmanına istinadən yaydığı məlumata görə, Biya avqustun 3-də ölkənin ali hərbi rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirib.

 

Kamerundakı beş birləşmiş hərbi dairədən dördünün komandanı dəyişdirilib, Çevik Reaksiya Qüvvələrinə yeni rəhbər təyin olunub. Prezident Qvardiyasının rəhbəri isə polkovnik rütbəsindən briqada generalı rütbəsinə yüksəldilib. Dəyişikliklər motoatıcı briqadaların komandanlığını da əhatə edib. Müvafiq fərmanlar dövlət radiosunda elan olunub.

 

"Teleqraf" xatırladır ki, Pol Biya hazırda dünyanın ən yaşlı fəaliyyətdə olan prezidentidir. O, hakimiyyətdə qalma müddətinə görə fəaliyyətdə olan dövlət başçıları arasında Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nqema Mbasoqodan sonra ikinci yerdədir.

 

Prezidentin uzun müddətdir ölkədə olmaması onun səhhəti ilə bağlı müzakirələri gücləndirib. Kamerun hökumətinin nümayəndəsi Rene Emmanuel Sadi daha əvvəl Biyanın sağ olduğunu və yaxın vaxtlarda ölkəyə qayıdacağını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.