Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə REAKSİYA

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanmış Məkkə sazişi region ölkələrinin təhlükəsizlik məsələlərində öz qüvvələrinə arxalanmaq qərarına gəldiklərini sübut edir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxışı edərkən deyib.

 

“Region ölkələri son 2-3 ilin hadisələrini nəzərə alaraq dərk ediblər ki, təhlükəsizlik yalançı vasitəçilərdən satın alına bilən mal deyil”, - iranlı diplomat bildirib.

 

Bəqainin sözlərinə görə, İranın siyasəti əməkdaşlığın təşviq edilməsindən, xarici oyunçulara arxalanmadan öz təhlükəsizliyini təmin etmək üçün region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsindən ibarətdir.

 

“Dərin dini, tarixi və mədəni əlaqələrimiz olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış bu sazişin İrana qarşı yönəldiyinə dair narahatlıq üçün heç bir əsas yoxdur”, - o əlavə edib.

 

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.