Türkiyə-Pakistan-Səudiyyə hərbi ittifaqının planı açıqlandı

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində səylərini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə hərbi təlimlər keçirəcək. 

 

“Türkiye” qəzeti bildirir ki, bu, Türkiyə parlamentinin payız sessiyasında ratifikasiya ediləndən sonra qüvvəyə minəcək Məkkə sazişində nəzərdə tutulub.

 

Nəşrin yazdığına görə, üç ölkə arasında birgə uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq ilk addım hərbi personalın mübadiləsi olacaq. Birgə təlimlərin keçirilməsi isə potensial böhran hallarında üç ölkənin silahlı qüvvələrinin operativ uyğunluğunun artırılmasına kömək edəcək.

 

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq etməyi, bu məqsədlə istehsal, texnoloji-elmi-tədqiqat imkanlarından istifadə etməyi planlaşdırır.

 

“Türkiye” qeyd edib ki, sazişin çəkindirici potensialı onun çərçivəsində yaradılacaq erkən xəbərdarlıq mexanizmini gücləndirəcək.

 

Xatırladaq ki, Məkkə paktını avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün saziş iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.

 

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına işgüzar səfərinin yekunlarına həsr olunmuş sosial şəbəkə paylaşımında vurğulamışdı ki, “Məkkə Müdafiə Sazişi” üçüncü ölkələrə qarşı yönəlməyib və regional sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olan bütün dövlətlər üçün açıqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.