Andraş Baka Macarıstanın yeni Prezidenti seçildi
FOTO

Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni Prezident seçib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

 

Baka Prezident andını içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Buna qədər dövlət başçısının səlahiyyətlərini parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. 

Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. Daha əvvəl, 1991-2007-ci illərdə o, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub.

 

Prezident vəzifəsinə başqa namizəd olmayıb. "Fides" partiyasının nümayəndələri səsvermədə iştirak etməyiblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.