Tramp “Məkkə Anlaşması”nı dəstəklədi: “ÇOX VACİB VƏ CƏSARƏTLİ ADDIMDIR”

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında kollektiv təhlükəsizlik sazişinin (“Məkkə Anlaşması”) bağlanmasını müsbət qiymətləndirib.

 

Senzor.az bildirir ki, Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb.

 

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda Məkkədə müdafiə sazişi bağlamasından çox məmnunam. Bu, Yaxın Şərqin birləşdiyini və ölkələrin nəhayət özlərini daha yaxşı müdafiə edə biləcəklərini göstərir", - Amerika lideri qeyd edib.

 

ABŞ rəhbəri həmçinin sazişi çox vacib və cəsarətli addım adlandırıb.

 

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında üçtərəfli müdafiə müqaviləsi imzalanıb.

 

Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlman Al Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

 

Tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq də daxil olmaqla regional böhranların həlli istiqamətində səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatları mübadiləsi aparmağı planlaşdırırlar.

 

Pakistan Xarici İşlər Nazirliyi “Məkkə müdafiə sazişi” adlanan sənədi regional sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə adlandırıb və bundan sonra üç ölkədən birinə silahlı hücumun bütün imza atan ölkələrə qarşı təcavüz hesab ediləcəyini vurğulayıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sənədin regionda sabitliyin təmin olunmasına yönəlmiş səylərə töhfə verəcəyini bildirib. O, sosial şəbəkə hesabındakı paylaşımında həmçinin vurğulayıb ki, “Məkkə Müdafiə Sazişi” üçüncü ölkələrə qarşı yönəlməyib və regional sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olan bütün dövlətlər üçün açıqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.