
Andraş Baka bu gündən etibarən rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb.
Senzor.az bildirir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar "X" sosial şəbəkəsində yazıb.
Madyarın sözlərinə görə, avqustun 11-də parlamentin Macarıstanın yeni Prezidenti kimi səs verdiyi Baka rəsmən vəzifəsinin icrasına başlayıb.
"Prezidentə işində uğurlar, möhkəm cansağlığı və mümkün qədər çox insanlıq arzulayıram", – Baş nazir vurğulayıb.
Qeyd edək ki, 1991-2008-ci illər ərzində Baka Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb. Bundan sonra, 2009-cu ildə hüquqşünas Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib. Onun rəhbərliyi iki il davam edib, çünki konstitusiya islahatı aparıldıqdan sonra o, vəzifəsindən azad edilib.