
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya (KXDR) lideri Kim Çen Inla bu ilin sonuna qədər görüş keçirməyə ümid edir.
Bu barədə "İnterfax" agentliyi xəbər yayıb.
"Bəli, mən onunla görüşəcəyəm", - deyə Tramp jurnalistin 2026-cı ildə Kim Çen Inla görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualına cavab verərkən bildirib.
Tramp həmçinin qeyd edib ki, KXDR-in 57 çox güclü nüvə silahı var, lakin ABŞ-da hakimiyyətdə ağıllı prezident olduğu müddətdə vəziyyət sabit qalacaq.
Ağ Ev rəhbəri Şimali Koreya lideri ilə çox yaxşı münasibətlərinin olduğunu bir daha vurğulayıb və ABŞ prezidentləri arasında yalnız özünün Şimali Koreya lideri ilə münasibət qura bildiyini deyib: “...O, Co Baydeni sevmirdi. Barak Obamanı da sevmirdi. O, heç kimi sevmirdi, amma məni bəyənir”.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən Trampın artıq bu payızda Kim Çen Inla görüşməkdə təkid etdiyini xəbər vermişdi.