![]()
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın ölkəsinə iqtisadi müharibə elan etməsinə reaksiya verib.
Senzor.az-ın məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Əraqçi bildirib ki, İrana qarşı iqtisadi müharibə hədəsi ABŞ ictimaiyyətinin diqqətini ölkədəki daxili maliyyə böhranlarından, misli görünməmiş dövlət borcundan və faiz ödənişlərinin kəskin artmasından yayındırmaq məqsədi daşıyır.
“ABŞ-ın iqtisadi terrorizmi dünya iqtisadiyyatını və bütün dünyada dövlətlərin suverenliyini təhdid edir”, - İran xarici işlər naziri vurğulayıb.