İsrailin Ben-Qurion aeroportunda nələr baş verir?
VİDEO

İsraildə Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər.

 

Bu barədə "The Times of Israel" məlumat yayıb.

 

Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər.

 

Pilotlara və aviaşirkətlərə hava limanının tezliklə bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub, daha onlarla reys analoji vəziyyətlə üzləşə bilər.

 

İşçilər sərnişinlərə xidmət göstərmək üçün personal çatışmazlığından şikayətlənirlər. İsrail Hava Limanları İdarəsi əməkdaşlardan işə qayıtmağı tələb edib və hava limanı işçilərinin həmkarlar ittifaqına qarşı məhkəmə tədbirləri görəcəyi ilə hədələyib.

 

İsrail Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, tətil təsdiqlənəcəyi təqdirdə "başlar uçacaq, işçilər isə evlərinə yollanacaq".

 

Bu gün hava limanı 600 reys üzrə rekord sayda – 107 min sərnişinə xidmət göstərməlidir, bu da son bir ilin ən yüksək göstəricisidir. Uçuş zalı qeydiyyatdan və təhlükəsizlik nəzarətindən keçməyi gözləyən sərnişinlərlə doludur(Bax: https://www.youtube.com/shorts/SYL9hOs31Yk).






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.