Günəşdə ay ərzində ən güclü partlayış baş verib

Günəşdə avqustun əvvəlindən bəri ən güclü partlayış qeydə alınıb.

 

Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.

 

Partlayış öz gücünə görə M1.88 səviyyəsinə çatıb ki, bu da sondan əvvəlki güc sinfidir. Lakin bu, dünya kataloqlarına M1.8 göstəricisi ilə düşəcək, çünki günəş aktivliyinin səviyyəsi ənənəvi olaraq aşağı həddə yuvarlaqlaşdırılır. Bu böyüklükdəki partlayış rekorddan uzaq olsa da, sakit yay günəşi və günəş aktivliyinin ümumi azalması fonunda olduqca nəzərəçarpan hadisədir.

 

Bu, 24 saat ərzində ikinci M sinifli partlayışdır. Partlayışa cəmi bir gün əvvəl Günəşin sol tərəfinə çıxan 4 513 bölgəsi səbəb olub. Hazırda bu bölgə yüksək aktivlik göstərir və alimlərin proqnozlarına görə, yaxın bir-iki gün ərzində azalmağa doğru gedəcək. X sinifli partlayışlar hələlik gözlənilmir, lakin mütəxəssislər onların yaranmasını istisna etmirlər. Avqustun 19-da bu aktiv bölgədə təxminən iyirmi partlayış qeydə alınıb.

 

Oxu.az xatırladır ki, daha əvvəl alimlər yeni maqnit qasırğaları dövrünün bitmə tarixini açıqlamışdılar. Tac dəliyinin (koronal dəlik) Yerə təsiri nəticəsində yaranan maqnitosfer dalğalanmaları avqustun 21-də sakitləşməyə başlayacaq. Qasırğalar ən zəif səviyyə olan G1-i keçməyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.