Ukrayna “Wildberries”in daha bir logistika mərkəzini və... “LUKOYL”un ƏN BÖYÜK NEFT EMALI ZAVODUNU VURDU
VİDEO

Ukrayna ordusu Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla kütləvi zərbə endirib.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

Zərbələr nəticəsində mərkəzdə yanğın baş verib. Yanğının sahəsi 100 min kvadratmetrdən çox olub.

 

Şirkətin mətbuat xidməti yerli KİV-ə bildirib ki, zərər görmüş logistika mərkəzində yeni tədarüklərin qəbulu dayandırılıb.

 

Ukrayna ordusu Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Nijni Novqorodnefteorqsintez” neft emalı zavoduna da zərbələr endirib. Bu müəssisə “Lukoyl” şirkətinin ən böyük zavodudur. Emal gücünə görə Rusiyada 4-cü, benzin istehsalının həcminə görə isə 2-ci yerdədir.

 

Zavod ildə təxminən 15 milyon ton xam neft emal etmək və 5 milyon ton benzin istehsal etmək gücünə malikdir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.