Türkmənistanda növbədənkənar prezident seçkisi keçirilir
Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.
 
"İnterfaks" bildirir ki, seçki məntəqələrinin fəaliyyətinə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:00-da) start verilib. 
 
Səsvermə ölkə ərazisində 2,5 mindən çox, eləcə də Türkmənistanın xaricdəki diplomatik və konsulluq idarələrində təşkil olunmuş 41 seçki məntəqəsində aparılır.
 
Səsvermə saat 19:00-da başa çatacaq.
 
Xatırladaq ki, fevralın 11-də ölkənin hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədov 15 illik fəaliyyətindən sonra yerini gənc rəhbərə vermək istədiyini bəyan edib. Lakin o, ölkə parlamentinin yuxarı palatasının sədri vəzifəsindən getməyib.
 
Mərkəzi Seçki Komitəsi Türkmənistan prezidenti vəzifəsinə doqquz namizədi qeydə alıb ki, onlardan biri də hazırkı prezidentin oğlu Sərdar Berdiməhəmmədovdur (Türkmənistan Demokratik partiyası).
 
Prezidentlik yarışına həmçinin Aqrar partiyadan Ağacan Bekmıradov, Sənayeçilər və Sahibkarlar partiyasından Bebamırat Meredov, eləcə də vətəndaşların təşəbbüs qruplarından Perhat Begencov, Berdımammet Qurbanov, Maksatmırat Ovezgeldiyev, Kakageldi Sarıyev, Maksat Odeşov, Xıdır Nunnayev də qoşulublar. 
 
Türkmənistan qanunvericiliyinə görə, seçkidə yetərsay müəyyən olunmadığından, seçicilərin istənilən aktivliyində seçki baş tutmuş hesab olunacaq.
 
Türkmənistanda bundan öncəki prezident seçkisi 2017-ci ildə keçirilmişdi.
 
Yeni prezidentin inauqurasiyası martın 19-na planlaşdırılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.