Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, media üçün qapalı keçirilən görüş İstanbulda baş tutub.
Bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, o cümlədən geosiyasi proseslər və Rusiya-Ukrayna böhranı müzakirə edilib.
Türkiyə ilə Yunanıstan arasında fikir ayrılıqlarına baxmayaraq, rabitə kanallarının açıq saxlanılması və ikitərəfli münasibətlərin yaxşılaşdırılması ilə bağlı razılıq əldə olunub, iki ölkə arasında 10 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan ikitərəfli münasibətlərdə yeni səhifə açmaq məqsədilə Türkiyənin atdığı addımlara toxunaraq Egey problemləri, azlıqlar, terrorla mübarizə, miqrasiya kimi mövzularda da irəliləyiş əldə edəcəkləri və əlaqələri daha yüksək səviyyəyə çıxaracaqlarına inandığını bildirib.
Problemlərin səmimi və dürüst dialoqla həll oluna biləcəyini qeyd edən Türkiyə Prezidenti, iki qonşu ölkə olaraq yalnız böhran anlarında deyil, hər zaman ünsiyyətdə olmalarının vacibliyini vurğulayıb.