Almaniya Kansleri Olaf Şoltz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, Kanslerin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri martın 14-də baş tutacaq.
Səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə və Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, digər aktual regional və beynəlxalq məsələlər, xüsusilə də Ukrayna və Türkiyə-Aİ münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.