Bu gün Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin yekunlaşdırılması və təsdiqlənməsi gözlənilir.
Artıq Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər.
“Report” xatırladır ki, bundan əvvəl Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı dördüncü sanksiyalar paketinin tətbiq olunacağını bəyan etmişdi. Bu da Rusiyanı qlobal iqtisadi sistemdən daha da təcrid edəcək. Bu paketin bir hissəsi kimi Aİ Rusiyadan əsas polad məhsullarının idxalını və öz ölkələrindən Rusiyaya bütün lüks malların ixracını qadağan etmək niyyətindədir.