Qətər və Almaniya Əfqanıstanda terrorla mübarizədə Talibanla əməkdaşlıq edəcək.
Axar.az xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani almaniyalı həmkarı Hayko Maasla görüşündən sonra deyib.
“Humanitar fəlakətin qarşısını almaq üçün Talibanla əməkdaşlıq barədə Almaniya ilə müzakirələr apardıq. Xarici qoşunların Əfqanıstandan çıxarılmasından sonra terrorla mübarizədə Talibanla əməkdaşlığın əhəmiyyətinə diqqət çəkdik”, - Məhəmməd bin Əbdürrəhman əs-Sani bildirib.