Zelenski Rusiyanın “Birinci kanal”ında müharibəyə etiraz edən Marinadan danışdı
VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib.
 
Senzor.az bildirir ki, o, bu məsələyə növbəti videomüraciətində toxunub.
 
V.Zelenski çıxışında Rusiyanın “Birinci kanal”ının canlı efirində “Müharibəyə yox!” deyən Marina Ovsyannikovaya da təşəkkürünü çatdırıb: “Həqiqəti çatdırmaqdan çəkinməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsusən də Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldən verməməlisiniz”.
 
Xatırladaq ki, dünən axşam Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın redaktoru Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizi aldadırlar" sözləri yazılmış plakatla bir neçə saniyə efirdə görünüb.
 
Hadisədən sonra Marina Ovsyannikova saxlanılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.