Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 460 milyon nəfəri ötüb.
Senzor.az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan Worldometers saytı yayıb.
Bildirilir ki, martın 14-də dünyada koronavirusa 1 milyon 202 min 515 yoluxma və 4 min 52 ölüm faktı aşkarlanıb. Beləliklə, yoluxanların ümumi sayı 460 milyon 268 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 68 min nəfərə, sağalanların sayı 393 milyon 678 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və koronavirusdan ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 81 milyon 216 mindən çox insan yoluxub, onlardan 991 min 38 nəfəri həyatını itirib.
Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 68-cı yerdədir.