“Rusiya bizim xalqımızı məhv etməməli, azad şəhərlərimizdə bu qədər asanlıqla terror törətməməlidir”.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresindəki çıxışı zamanı deyib.
"Havadan müdafiə sistemləri çox vacibdir. Bizim güclü havadan müdafiə sistemlərinə ehtiyacımız var ki, xalqımızı qoruya bilək. Sizdə bunlar var. Amma onlardan Ukrayna səmasını qorumaq üçn istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var”, - o bildirib.
Zelenski ABŞ Konqresini Rusiya ilə daha sərt mübarizə aparmağa çağıraraq barışın qazancdan daha vacib olduğunu xatırladıb: “Yeni sanksiyalara, yeni paketlərə ehtiyac var. Bütün bunlar Rusiyanın hərbi maşını dayananadək davam etməlidir. Biz Rusiyanın bütün siyasətçilərinə, Ukraynaya təcavüzdə əli olanlarla əlaqəsi olanlara və ya buna etiraz etməyə mənəvi gücü çatmayanlara qarşı sanksiya tətbiq etməyə çağırırıq. Əgər özünüzün və ya çevrənizdəki birinin Rusiyada biznesi varsa, təzyiq edib bunun qarşısını kəsməlisiniz. Rusiya təcavüzdə istifadə edəcəyi bir qəpiyi də əldə etməməlidir. Bu, bizim ölkəmizin, Avropanın dağıdılmasıdır. Barış qazancdan daha vacibdir”.
Ukrayna Prezidentinin nitqindən sonra konqresmenlər onu ayağa qalxaraq alqışlayıblar.