“Taliban” “Qərb”lə işləyənlərə məktub göndərir - “YA TƏSLİM OLUN, YA DA ÖLÜN”

ABŞ-ın son əsgəri də Kabili tərk edəndən sonra Əfqanıstanda yeni dövr rəsmi olaraq sona çatıb. 20 ildən sonra Əfqanıstanda hakimiyyətə sahib olan “Taliban” ölkənin çox hissəsinə nəzarəti ələ keçirib. 

 
 “Daily Mail” nəşri iddia edir ki, onlar bu 20 illik müddətdə “Qərb”lə işləyənlərin qapılarına məktublar atırlar. 
Taliblər “səlibçilərin işçiləri” kimi xarakterizə etdikləri insanlara “Ya təslim olun, ya da ölün” kimi xəbərdarlıq mesajı göndərirlər.
 
Sözügedən məktubda bu şəxslərin “Taliban” məhkəmələrinə təslim olmaları haqqında əmr də var.
 
Məktubu alanlardan biri - altı uşaq atası, 34 yaşlı kişi deyib ki, məktubun üzərində “Taliban”ın möhürü olub.
 
Britaniyada sığınacaq üçün müraciət edən, lakin mənfi cavab alan şəxs deyib: “Məhkəməyə müraciət etsəm, ölüm cəzası alacağam. Təslim olmasam, məni edam edəcəklər. Ona görə də gizlənirəm və qaçmağın yolunu axtarıram”.
 
Britaniya əsgərlərinin tərcüməçisi olan başqa bir əfqanıstanlı isə deyib ki, məktubda ona “kafir casusu” deyə xitab ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.