
Senzor.az bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbiət hadisəsi yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin episentri Bəndər Abbas şəhərindən 166 kilometr cənub-qərbdə 352 min nəfərin yaşadığı ərazidə olub.
Dağıntı və təlafat barədə məlumat yoxdur.
Onu da qeyd edək ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi zəlzələnin 6 bal gücündə olduğu barədə məlumat yayıb.