Rusiya Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşər Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir. Yeni məlumata görə, Rusiya işğalçıları artıq Bəşər Əsəd və “Hizbullah”ın qondarma ordusunun nümayəndələrindən 1000-ə yaxın muzdlu toplayıb.
Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, sözügedən yaraqlılar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, ezamiyyətlərindən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.