Səudiyyə Ərəbistanına raket hücumları -
DAĞINTILAR VAR
Qiyamçı husi silahlı dəstələrinin Yəmən ərazisindən Səudiyyə Ərəbistanının mülki obyektlərini, o cümlədən neft-qaz obyektlərini hədəf alması nəticəsində bəzi şəhərlərdə dağıntılar olduğu bildirilir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, krallığın cənubunda yerləşən Al Şaqeq şəhərindəki sutəmizləmə obyekti, Cizan vilayətindəki “Aramco” neft şirkətinin zavodu, Canub qəsəbəsindəki elektrik stansiyası və Xamiş Müsaitdəki qaz anbarına raket hücumları olub. Səudiyyə Ərəbistanının “Əl Əxabriyə” dövlət telekanalının reportajında bildirilib ki, husi qiyamçılarına qarşı döyüşən ərəb koalisiyası neft-qaz obyektlərinə atılan raketləri zərərsizləşdirə bilib. Lakin bir neçə bina dağılıb və avtomobillər yanıb. Ölkənin ən böyük zavodu – “Aramco” şirkətinin maye təbii qaz emalı obyekti də raket hücumuna məruz qalıb.
 
Səudiyyə Ərəbistanı rəsmiləri raket hücumları nəticəsində insan tələfatı olmadığını bildiriblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.