
Senzor.az bildirir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında belə deyilir.
“Ümumilikdə 902 nəfər (179 kişi, 134 qadın, 11 qız və 25 oğlan, həmçinin cinsiyyəti hələlik məlum olmayan 39 uşaq və 514 böyük) öldürülüb”, - hesabatda bildirilir.
Kiyev, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Nikolayevsk, Odessa, Sumı, Zaporojye, Dnepropetrovsk və Jitomir vilayətlərində ümumilikdə 1369 nəfərin zərər çəkdyi bildirilir. Onlardan 654 nəfəri ölüb.
“Qeyd edilən mülki itkilərin əksəriyyəti ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən, eləcə də hava zərbələri də daxil olmaqla, böyük dağıntı gücünə malik partlayıcı silahlardan istifadə nəticəsində baş verib”, - deyə BMT qeyd edib.