ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya XİN rəsmi məlumat yayıb.
Buna səbəb ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putin haqqında söylədiyi qəbuledilməz fikirlər olub.
Qeyd olunub ki, ABŞ Prezidentinin yüksək rütbəli dövlət xadiminə yaraşmayan bu cür açıqlamaları Rusiya-Amerika münasibətlərini qırılma nöqtəsinə aparır.
ABŞ səfirinə, Rusiyaya qarşı atılan düşmənçilik hərəkətlərinə qəti və sərt cavab veriləcəyi barədə xəbərdarlıq edilib və etiraz notası təqdim olunub.
Xatırladaq ki, bi neçə gün əvvəl Co Bayden müxtəlif çıxışlarında Vladimir Putini “hərbi cinayətkar”, “qanlı diktator” və “quldur” adlandırmışdı.