“Maxar” kosmik texnologiyalar şirkəti Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin toplaşmasını əks etdirən kadrları nümayiş etdirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsi aydın görünür.
Şəkillər 18 mart tarixinə aid olsa da, yalnız martın 22-də dərc olunub.
Qeyd edək ki, dünən adı çəkilməyən NATO rəsmiləri CNN-ə bildiriblər ki, Alyans Belarusun tezliklə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə qoşula biləcəyinə inanır. Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır.
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Belarus Respublikasından Volın istiqamətində hücum təhlükəsi yüksəkdir.
**19:41(22.03.2022)
Belarusdan Ukraynaya hərbi müdaxilə ehtimalı çox yüksəkdir. Bu məqsədlə beş minə yaxın hərbçidən ibarət ilk eşelon artıq formalaşdırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı nümayəndəsi, general-mayor Viktor Yaqunov məlumat verib.
O, həmçinin qeyd edib ki, hücum bir neçə mərhələdə ola bilər. Belarus ordusunun ümumi sayı 45 mindir, lakin nəzəri olaraq hücum əməliyyatında yalnız 20 min hərbçi iştirak edə bilər.
“Belaruslular öz məqsədlərinə çatmayacaqlar və məhv ediləcəklər, bu, şübhəsizdir”, - deyə Yaqunov əlavə edib.