
CNN xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
M.Olbrayt 84 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Olbrayt 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984-1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib. 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.
O, Prezident Bill Klinton administrasiyasının əsas fiqurlarından biri olub.
Olbrayt NATO-nun genişlənməsini müdafiə edib, Alyansı soyqırımı və etnik təmizləməni dayandırmaq üçün Balkanlara müdaxilə etməyə çağırıb, nüvə silahlarının yayılmasını azaltmağa çalışıb. Bütün dünyada insan haqlarını və demokratiyanı müdafiə edib.