Əfqanıstanın Tacikistanla sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təkanların episentri Fayzabad şəhərindən 58 km şimal-qərbdə yerləşib (əhalisi - təxminən 44,4 min). Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.