Gürcüstanda koronavirusdan ölüm sayında yeni antirekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində 81 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 7 min 563-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu, Gürcüstanda pandemiyanın qeydə alındığı ilk gündən ölüm faktı üzrə ən yüksək göstəricidir.
Ölkədə həm də 3212 yeni yoluxma qeydə alınıb və COVID-19-a yoluxanların ümumi sayı 556 min 909 nəfər olub.
Hazırda ölkədə 46 min 786 aktiv koronavirus xəstəsi var.