Tbilisidə ermənilərə məxsus gecə klublarında əməliyyat
13 NƏFƏR SAXLANILDI
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən və Ermənistan vətəndaşlarına məxsus olan "Kalakuri" və "Roial" gecə klublarında sifariş edilən xidmətlərə görə turistlərdən külli miqdarda pul tələb edən fırıldaqçı mütəşəkkil dəstənin 13 üzvü saxlanılıb. 
 
Publika.az gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 
 
Məlumata əsasən, saxlanılan şəxslərdən 3-ü Ermənistan, 10-u isə Gürcüstan vətəndaşıdır. Nazirlik müttəhimlərin turistləri aldatma, hədə-qorxu, fiziki və psixoloji təzyiq yolu ilə sifariş etdikləri xidmətlərə görə reallığa uyğun olmayan külli miqdarda pul ödəməyə məcbur etdiklərini bildirir. 
 
Klublarda aparılan axtarışlar nəticəsində cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 980 lari, 2 712 ABŞ dolları, 1 815 avro, 64 500 rubl, 500 İsveçrə frankı, 712 Ərəb dirhəmi və 3 550 Avstraliya dolları maddi sübut kimi götürülüb. 
 
Təqsirləndirilən şəxslərin şəxsi əşyalarına və yaşayış evlərinə baxış zamanı isə mobil telefonlar, bank kartları və müxtəlif sənədlər də götürülüb. 
 
Faktla bağlı, Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.