ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Varşavada keçirilən görüşə həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də qatılıblar.
Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.
Qeyd edək ki, cümə günü ABŞ Prezidenti Polşaya ikigünlük səfərə gəlib. O, elə həmin gün Jeşuv şəhərində Polşa Prezidenti Anjey Duda ilə görüş keçirib.
Co Bayden Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçiləri ilə də görüşüb. Co Bayden çıxışında amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub.
Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden deyib: “Orada olduqda hər şeyi özünüz görəcəksiniz”.
Yeri gəlmişkən, Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.