İsraildə terror aktı törədənlərin şəxsiyyəti müəyyənləşdirildi - YENİLƏNİB, VİDEO
Ötən gün İsrailin Hadera şəhərində terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib.
 
Bu barədə yerli “Ynet” nəşri xəbər yayıb.
 
Qeyd edilir ki, həmin şəxslər Umm al-Fahma İbrahim və Ayman Aqbariya adlı əmioğlulardır. Onlardan biri 2016-cı ildə İŞİD-lə əlaqədə ittiham olunaraq həbs edilib.
 
Cinayətkarlar Haderaya silahla gəliblər. Onların terror aktını əvvəldən planlaşdırdıqları məlum olub.
 
Qeyd edək ki, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər (bəzi məlumatlara görə isə 12 nəfər) yaralanıb. Cinayətkarla rtəsadüfən ərazidə olan sərhəd polisinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
 
Hadisə terror aktı kimi qiymətləndirilib.
 
**02:48


İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində törədilən terror aktı zamanı xəsarət alanların sayı artıb.
 
Bu barədə “Kan” dövlət radiosu bildirib.
 
Məlumata görə, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Hadisəni törədənlər polisin açdığı atəşlə zərərsizləşdiriliblər.
 
Digər mətbu orqanlar terror aktı zamanı 8 nəfərin yaralandığını xəbər veriblər. 
 
Qeyd edək ki, daha əvvəl terror aktı zamanı 2 nəfərin həlak olduğu, 5 nəfərin yaralandığı bildirilirdi.
 
**01:47
 
Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində odlu silahdan atəş açaraq iki yerli sakini öldürüblər.
 
Bu barədə “Report” “News.israelinfo”ya istinadən xəbər verir.
 
Hadisə terror aktı kimi təsnif edilib, şəhərə bütün girişlər bağlanıb - polis terrorçuları hadisə yerinə çatdıran avtomobili axtarır.
 
Məlumata görə, hadisə zamanı xəsarət alan 5 yaralıya yerindəcə tibbi yardım göstərilib. Onlardan 3-ü orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sonradan məlum olub ki, daha 2 nəfər xəsarət alıb, onların vəziyyəti ağırdır.
 
Yaralıların hamısı hadisə zamanı ətrafda gəzən insanlardır, terror aktının ilk zərərçəkənləri polis əməkdaşları olub.
 
Terrorçular təhlükəsizlik xidmətinin yaxınlıqda olan mülki geyimli komandoları tərəfindən güllələnib.

 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.