Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Fövqəladə Hallar Nazirliyində əməliyyat keçirir.
Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Bildirilir ki, xüsusi xidmət orqanı əməkdaşlarının nazirlikdə konkret olaraq nəyi axtardıqları və ya kimlərin otağına daxil olduğu hələlik bəlli deyil.
“Hraparak” qəzeti isə yazıb ki, Milli Təhlükəsizlik Xidməti artıq bir neçə saatdır nazir Andranik Piloyanın müşaviri Aşot Akopyanın otağında axtarış əməliyyatı həyata keçirir. Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının əsl hədəfi nazirdir. Lakin təhlükəsizlik qüvvələri hələlik onun kabinetinə "əl gəzdirməyib".