İsrailin Negev bölgəsində İsrail, ABŞ, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Mərakeşin xarici siyasət idarələri rəhbərlərinin sammiti keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sammitdə çıxış edən İsrailin xarici işlər naziri Yair Lapid onun ölkəsi ilə ərəb dövlətləri arasında münasibətlərin normallaşmasını Yaxın Şərq regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə kimi qiymətləndirib.
O bildirib ki, İsrail BƏƏ, Misir, Bəhreyn və Mərakeş ilə yanaşı, regionun digər dövlətlərinə də dostluq və əməkdaşlıq təklif edir.
Sammitdə ABŞ-ın dövlət katibi Entoni Blinken bazar günü Fələstin lideri Mahmud Abbasla apardığı danışıqlar haqqında məlumat verib və vurğulayıb ki, Vaşinqton İsrail-Fələstin probleminin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır.
Xarici işlər nazirləri Yaxın Şərqdə vəziyyət, husi qiyamçılarının BƏƏ və Səudiyyə Ərəbistanına raket hücumları və İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə ediblər.