Rəsmi Kiyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş üçün hazırlıqlara başlamağı təklif edir.
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.
“Prinsipcə, prezidentlərin görüşünə hazırlığa başlamaq olar. Sənədlər paketi hazırlanıb. Biz onları artıq təqdim etmişik. Dövlət başçılarının görüşünün dəqiq nə vaxt baş tutacağı isə hələlik məlum deyil”, - o söyləyib.
M.Podolyak bildirib ki, Rusiya və Ukrayna danışıqları üzrə İşçi alt qruplarının fəaliyyəti davam edir.
Xatırladaq ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya prezidentlərin görüşü üçün kifayət qədər materialın toplandığını demişdi.