Pakistan hökumətini formalaşdıran alyansın aparıcı partiyaları müxalifətə qoşulduqlarını və qarşıdan gələn səsvermə zamanı ölkənin Baş naziri İmran Xana etimadsızlıq göstərəcəklərini bəyan ediblər.
“Anadolu”nun məlumatına görə, müvafiq bəyanatla Pakistan Demokratik Hərəkatı, Pakistan Müsəlman Liqası, Pakistan Xalq Partiyası və Birləşmiş Xalq Hərəkatının liderləri birgə mətbuat konfransında çıxış ediblər.
Qeyd edək ki, Pakistan parlamenti martın 28-də Baş nazir İmran Xana etimadsızlıq səsverməsi ilə bağlı təklifi təsdiqləyib. Qərarın lehinə 161 deputat səs verib.
Həlledici səsvermənin bir həftə ərzində keçiriləcəyi gözlənilir. Milli Assambleyanın 342 üzvündən 172-si hökumətə etimadsızlıq göstərsə, İmran Xan istefa verməli olacaq.