Pakistanda hökumət çevrilişi etmək istəyirlər
İMRAN XAN-dan XƏBƏRDARLIQ
ABŞ hökuməti devirmək üçün sui-qəsd planı hazırlayıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu açıqlama ilə Pakistanın Baş naziri İmran Xan çıxış edib.
 
Xan qeyd edib ki, 220 milyonluq xalqı başqa bir ölkə səbəbsiz təhdid edir: “Deməli, xaricdə bu adamlarla əlaqə saxlayıblar, Pakistana qəzəbləndiklərini deyiblər. Bunun üçün bəhanələr gətirirlər. Onlar İmran Xanın etimadsızlıq səsverməsində uduzacağı təqdirdə Pakistanı bağışlayacaqlarını bildiriblər, lakin bu addımın uğursuzluğa düçar olacağı təqdirdə Pakistanın çətin günlərdən keçməli olacağını vurğulayıblar”.
 
Xatırladaq ki, Pakistan hökumətini formalaşdıran alyansın aparıcı partiyaları iki gün əvvəl müxalifətə qoşulduqlarını və qarşıdan gələn  səsvermə zamanı ölkənin Baş naziri İmran Xana etimadsızlıq göstərəcəklərini bəyan ediblər. Müvafiq bəyanatla Pakistan Demokratik Hərəkatı, Pakistan Müsəlman Liqası, Pakistan Xalq Partiyası və Birləşmiş Xalq Hərəkatının liderləri birgə mətbuat konfransında çıxış ediblər.
 
Onu da qeyd edək ki, Pakistan parlamenti martın 28-də Baş nazir İmran Xana etimadsızlıq səsverməsi ilə bağlı təklifi təsdiqləyib. Qərarın lehinə 161 deputat səs verib.
 
Həlledici səsvermənin isə yaxın günlərdə keçiriləcəyi gözlənilir. Milli Assambleyanın 342 üzvündən 172-si hökumətə etimadsızlıq göstərsə, İmran Xan istefa verməli olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.