Ermənistan Polisinin keçmiş rəhbəri, adı korrupsiya ilə bağlı cinayət işində hallanan Vladimir Qasparyan ölkəni tərk edib.
Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Bildirilir ki, sabiq məmura bir neçə maddə - “çirkli pulların yuyulması”, “mənimsəmə və ya israf etmə”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” ilə ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, 4 milyon dollar mənimsəyib.
"Qasparyan ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüb, lakin yanvar ayında ona məlumat verilib ki, baş prokurorun tapşırığı ilə iş əlavə istintaqa göndərilib. Eyni zamanda məhkəmədə onun barəsində başqa işə də baxılır. Lakin bütün bunlar onun ölkəni tərk etməsinə mane olmay;b”, - qəzet yazıb.