Böyük Britaniya ABŞ, Fransa və Almaniyanın Ukraynanı Rusiya ilə sülh danışıqlarında əhəmiyyətli güzəştlərə getməyə sövq edəcəyindən narahatdır.
Bu barədə Britaniyanın “The Times” nəşri yazıb.
Hökumətdəki yüksək səviyyəli mənbə müttəfiqlərin erkən sülhə həddən artıq can atmasından narahat olduqlarını bildirib və əlavə edib ki, nizamlanma yalnız Ukrayna ən güclü mövqedə olanda əldə edilməlidir.
Daha əvvəl Baş nazir Boris Conson Prezident Vladimir Zelenski ilə telefon danışığı zamanı xəbərdarlıq edib ki, Putin yalançıdır və müzakirələrdən güzəştə getmək üçün istifadə edəcək. Ukrayna və Rusiya nümayəndə heyətləri arasında müharibəyə son qoyulması üzrə danışıqların növbəti raundu aprelin 1-də videokonfrans vasitəsilə keçiriləcək.
Azvision.az xatırladır ki, bundan əvvəl martın 29-da İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar olub. Ukrayna nümayəndə heyəti öz təkliflərini və müharibənin başa çatması ilə bağlı fikirlərini çatdırıb. Söhbət xüsusən də Rusiya Federasiyasının və bir sıra Qərb ölkələrinin iştirakı ilə təhlükəsizlik təminatlarından gedir.